XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2018 - 12:29

Qardaşı sabiq icra başçısı ilə görüşdən danışdı:"İkisi də salamatdır" - VİDEO

 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Saleh Rüstəmovun səhhəti yaxşıdır.

Bu barədə musavat.com-a onun qardaşı Valeh Rüstəmov açıqlama verib.

Valeh Rüstəmov qardaşı ilə görüşdən sonra bildirib ki, hazırda onun heç bir problemi yoxdur: “Qardaşımla da, digər qardaşımın oğlu ilə də görüşdüm. İkisi də sağlamdır. Heç bir narazılıqları yox idi. Mən onların bədənlərinə də baxdım. Heç bir xəsarət izi yoxdur”.