XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 May 2018 - 22:00

ABŞ -ın daha bir orta məktəbində güllə səsləri –Silahlı şagird müəllimi və sinif yoldaşını yaralayıb

 

İndianapolis yaxınlığındakı orta məktəbdə şagird atəş açaraq digər bir şagird vəəllimi yaralayıb. Hücumçunun nəzarət altına alındığı bildirilir.

Noblesvill Vest məktəbində atışma yerli vaxtla səhər 9-da həyata keçirilib.

Təhqiqatçılar onun tək hərəkət etdiyini desə də, oğlanın və hadisədə xəsarət alanların adını açılamayıb. Müəllim və yaralanan şagird xəstəxanaya yerləşdirilib. Hücumdan sonra uşaqlar idman zalına toplanılıb və valideynlərinə təhvil verilib. Valideynlər hücum xəbərini televiziyadan aldıqlarını deyib.

Avropadan qayıdan ştat qubernatoru Erik Holkomb vəziyyətlə bağlı məlumatlandırıldığını bildirilib. Orta məktəbdə 6-dan 8-ci siniflərdə 1300 şagird oxuyur. 50 min əhalisi olan Noblesvill İndianapolisdən 32 kilometrlik məsafədə yerləşir. (Amerikanın Səsi)