Daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 188 cinayət faktı qeydə alınıb, onların da 40-ı “isti izlər”lə açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a məlumata verilib.
Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.