XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

29 May 2018 - 12:14

Məhkəmə müstəntiq haqqında xüsusi qərar çıxarıb –Müdafiə hüququnu pozub

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polisə müqavimətdə və ölümə cəhddə təqsirləndirilən Ələkbər Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğu məlum olub. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsinə əsasən, cinayət işini yenidən prokurorluğa qaytarıb.

Məhkəmə eyni zamanda ibtidai istintaqı aparmış müstəntiq haqqında da xüsusi qərar çıxarıb.

İttihama görə, Ə. Əhmədov ötən ilin iyununda münaqişə zəminində Cavad Bağırzadəyə xəsarət yetirib. Bu zaman hadisə yerinə gələn polis əməkdaşlarına isə müqavimət göstərib.

Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olub.