XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

31 May 2018 - 12:01

İTV-nin tanınmış aparıcısının maşını qarət edilib –Polis oğrunu tutdu

 

Bakıda teleaparıcının avtomobili qarət edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub.   Məlumatla əlaqədar hadisə yerinə gələn Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edib və həmin şəxs saxlanılıb.

Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan  narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, zərərçəkən S. Bağırov İctimai Televiziyanın əməkdaşıdır.