Sumqayıt şəhərində gənc oğlan itkin düşüb.
“Report”un yerli bürosunun xəbərinə görə, şəhər sakini 1960-cı il təbəllüdlü Yusifova Zoya Babaş qızı 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, oğlu 1990-cı il təvəllüdlü Yusifov Çingiz Vahid oğlu yaşadıqları ərazidən naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Boyu 170 santimetr, orta bədən quruluşlu Ç.Yusifov evdən çıxarkən əynində ağ rəngli köynək, göy rəngli şalvar və ayağında gör rəngli ayaqqabı olub.
28 yaşlı gənci görən və yerini bilənlərdən xahiş olunur ki, (018) 65-5-69-77; (070) 325-70-25; (055) 287-27-25 nömrəli telonlara zəng edərək məlumat versinlər.