XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 İyun 2018 - 15:02

Prokuror tikinti şirkətinin rəhbərlərinə ağır cəza istəyib –Onlar bir mənzili bir neçə nəfərə satıblar

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Məmmədov və İsa Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, təqsirləndirilən şəxslərin hər birinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Ç. Məmmədov “İdeal – V” tikinti şirkətinin direktoru, İ. Məmmədov isə təsisçisi olub. Onlar bir mənzili bir neçə nəfərə satıblar. Zərərçəkmişlərə vurulan ziyanın 3 milyon manatdan çox olduğu bildirilir. (APA)