XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

01 İyun 2018 - 15:22

Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub –FHN

 

Fövqəladə Hallar Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun binasında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in saytının verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 80 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Saat 14:07-də yanğın söndürülüb. İlkin məlumata görə, binanın 7-ci mərtəbəsindəki iş otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Əlavə məlumat veriləcək.