XƏBƏR LENTİ

20 Yanvar 2021

Digər Xəbərlər

01 İyun 2018 - 18:16

Yol Polisi təkzib etdi:“Gürcüstanlı məktəblilərin düşdüyü qəzada 1 nəfər xəsarət alıb”

 Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax yolunda baş verən avtobus qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

İdarənin şöbə rəisi, polis mayoru Rüfət Quliyev APA-ya bildirib ki, Bakı-Qazax yolunun 79-cu km-də, Hacıqabul rayonu ərazisində baş vermiş yol qəzasında 18 nəfər yox, 1 nəfər xəsarət alıb: “Hadisə günorta saat 12.30 radələrində üzü Bakı istiqamətində baş verib. Eyni istiqamətdə hərəkətdə olan üç nəqliyyat vasitəsi toqquşub. “Kamaz” arxadan “Mercedes”, “Setra” markalı sərnişin avtobusu isə “Kamaz”a çırpılıb. Nəticədə 60 nəfərin olduğu avtobusda yalnız 1 nəfər – sürücü xəsarət alıb. Digər 18 nəfər isə stress və şok vəziyyətində olduğu üçün tibbi yardım göstərilib”.

Hazırda hadisənin səbəbləri araşdırılır.