XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 İyun 2018 - 14:03

Ələt-Astara yolunda yük avtomobili ilə mikroavtobus toqquşub:ölən var

Ələt-Astara magistralında ağır yol qəzası baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, yolun Cəlilabad rayonu ərazisindən keçən hissəsində “FORD“ markalı Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı mikroavtobus ilə “SHAQMAN” markalı yük avtomobilnin toqquşması nəticəsində yol qəzası baş verib.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri mikroavtobusun sürücüsü Rusiya Federasiyası vətəndaşı 1969-cu il təvəllüdlü Dadaşov İmran Dadaşbala oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.