METAK şirkətinin anbarında güclü yanğın baş verib.
“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda, Azadlıq prospektində, “Dərnəgül” metrostansiyasının yaxınlığında qeydə alınıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib.
***
Bakının Binəqədi rayonu ərazisində yanğın təkər tullantıları sexində qeydə alınıb.
Bu barədə FHN-dən Oxu.Az-a daxil olan məlumatda bildirilir. Hazırda qurumun yanğın bölmələri alovun qarşısını almağa çalışır.