XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 13:00

Daha bir bankda müdhiş dələduzluq aşkarlandı

“Parabank” ASC-nin “Masallı” şöbəsinin sabiq əməkdaşlarının qanunsuz hərəkətləri barədə həmin cəmiyyətdən daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin “Masallı” şöbəsinin sabiq müdiri Ramiz Rəhimovun, sabiq satış mütəxəssisi Coşqun Həsənovun, sabiq xəzinədar Əmrağa Həsənovun, qiymətləndirici zərgər Rəhman Ağayevin və digərlərinin qabaqcadan əlbir olması müəyyən olunub:

“Onlar xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə kredit müqavilələri üzrə girovun təminatı qismində qiymətli metal adı ilə saxta əşyaların qablaşdırıblar.

Bundan başqa, girov qismində qəbul edilən qiymətli metalların qiymətini süni surətdə şişirdilməsi yolu ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.

Bu yollarla cəmiyyətə 127 min manat məbləğində ziyan vurulub.

C.Həsənovun 13 müştəri üzrə banka ödənilməli olan 15 min 500 manat məbləğində pul vəsaitini mənimsəməsində də şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb”.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Strateq.az