XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2018 - 19:46

Cəlilabadda silahlı insident- İki rayon sakini bir-birinə odlu silahdan atəş açıb

Cəlilabad rayonunda silahlı insident olub.

“Report”un Aran bürosunun əldə etdiyi məlumata görə, iki rayon sakini arasında yaranan mübahisə nəticəsində tərəflər bir-birilərinə odlu silahdan atəş açıblar.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmasa da, “Lexus” markalı minik avtomobilinə və tərəflərin birinə məxsus evə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.