Gəncədə 30 yaşlı kişi intihar edib. APA-nın məlumatına görə, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb. Həmin küçədə evlərin birində yaşayan 1988-ci il təvəllüdlü Həsənov Məhərrəm Malik oğlu yaşadığı evdə özünü asaraq intihar edib. İntiharın səbəbi hələ ki məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.