Müdafiə nazirinin sabiq müavini Mehman Səlimov barəsindəki məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.
Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.
Qərarın elanı qeyri-müəyyən günədək təxirə salınıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il azadlıqdan məhrum edilib. O, bəraət xahişi ilə hökmdən apellyasiya şikayəti verilsə də, təmin olumayıb. M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib. (APA)