XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

15 İyun 2018 - 15:15

Ötən gün 120 cinayət törədilib –Onların da 29-u “isti izlər”lə açılıb (DİN)

İyun ayının 14-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 120 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.