XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

16 İyun 2018 - 21:19

Bakı-Quba yolunda yol qəzası:komaya düşən sürücü xəstəxanaya yerləşdirildi

Bakı-Quba yolunda yol qəzası olub.

Hadisə magistral yolun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Ataxanov Serqo “Mercedes” markalı avtomobillə Quba şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza zamanı Serqo Ataxanov əzilmiş avtomobildən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Sumqayıt şəhər TTYX-dan verilən məlumata görə, sürücü komaya düşüb və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.