XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

17 İyun 2018 - 11:32

Ötən gün ölkədə 95 cinayət faktı qeydə alınıb –Axtarışda olduğuna görə 15 nəfər saxlanılıb

Ötən gün ərzində respublikada 95 cinayət faktı qeydə alınıb.

DİN-dən Strateq.az-a verilən məlumata əsasən, faktların 20-si “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Həmçinin, axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.