XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

17 İyun 2018 - 14:00

Qazaxıstanda sərnişin qatarının vaqonları relsdən çıxıb –1 nəfər ölüb, 3 nəfər yaralanıb (YENİLƏNİB)

 Bu gün Qazaxıstanda sərnişin qatarı relsdən çıxıb. 

“RİA Novosti” agentliyinin veridiyi məlumata görə,  məlumatına görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi  məlumat yayıb.

Xilasedicilər hadisə yerinə göndərilib.

***

Bu gün Qazaxıstanın Cambıl vilayətində sərnişin qatarının vaqonları relsdən çıxıb.

 APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib ki, vaqonların relsdən çıxması nəticəsində 1 yeniyetmə həyatını itirib, 3 nəfər xəsarət alıb.

Sosial şəbəkələrdə yerləşdirilən videogörüntüdə sərnişinlərin vaqonların sınmış pəncərələrindən çıxdıqları görünür.