XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

17 İyun 2018 - 22:52

Bərdədə 1 tondan çox çətənə kolu aşkar edilib –FOTO

 Bərdə rayonunda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkumluğu olan rayon sakini Bəxtiyar Əliyev tutulub.

Onun üzərinə və avtomobilinə baxış keçirilən zaman 57.05 qram heroin və 1.44 qram tiryək aşkar edilərək götürülüb. Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Lənbəran kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 1 ton 200 kiloqram olan 1422 ədəd çətənə kolu aşkar edilərək yandırılıb.

Hər iki faktla bağla araşdırma aparılır. (Report)