XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 June 2018 - 10:18

Hacıqabulda dəhşətli qəza –Sürücü öldü, 6 yaşlı övladı xəstəxanaya aparıldı (FOTO)

Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

Qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

“Tofaş” markalı “10 CC 011” dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü – Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)