XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 İyun 2018 - 12:06

FHN intihara cəhdin qarşısını aldı –Xəzər rayonunda

  Bakının Xəzər rayonunda bir nəfər intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyinin  verdiyi xəbərə görə, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər birmərtəbəli fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.