XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

18 İyun 2018 - 12:52

Tanınmış vəkil bacısı qızını boğulmaqdan xilas etdi –Özü həlak oldu (FOTO)

 Astara rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Lent.az xəbər verir ki, Bakıda yaşayan tanınmış hüquqşünas, əslən Lənkərandan olan 4 dekabr 1984-cü il təvəllüdlü Fuad Rəhimov Ramazan bayramı ilə əlaqədar doğma rayonuna gedib.

O, ailə üzvləri ilə birgə Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində yerləşən Lovain su anbarının ətrafında istirahət edərkən bacısının azyaşlı qızı suda boğumaq təhlükəsi yaşayıb.

F.Rəhimov suya atılaraq uşağı xilas etsə də, özü boğularaq ölüb. Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, F.Rəhimov bu il keçirilən vəkillik imtahanından uğurla keçibmiş. Vəkillər Kollegiyasının sədri Anar Bağırovgənc hüquqşünasın vəfatı ilə bağlı başsağlığı verib və ona vəkil vəsiqəsini təqdim edə bilmədiyinə görə məyusluğunu ifadə edib.