XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

18 İyun 2018 - 13:12

Ötən gün ərzində ölkədə 76 cinayət faktı qeydə alınıb –Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb (DİN)

 

 Ötən gün ərzində 76 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onların 18-i “isti izlər”lə açılıb. Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.