XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

18 İyun 2018 - 18:42

İspaniya kralının kürəkəni cəzasını qadın həbsxanasında çəkəcək –Korrupsiyaya görə 5 il həbs cəzası verilib (FOTO)

İspaniya şahzadəsi Kristinanın həyat yoldaşı İnyaki Urdaqarin iyunun 18-də səhər saatlarında həbs müddətini çəkmək üçün yaşadığı Cenevrədən Avila şəhərinə gəlib.

AZƏRTAC xəbər verir ki, ötən çərşənbə günü Palma məhkəməsi Urdaqarinə həbsxana seçməsi üçün 82 variant və 5 gün müddət vermişdi. Kralın kürəkəni beş il on aylıq cəzasını çəkmək üçün Avila həbsxanasını seçib.

İnyaki Urdaqarinin seçdiyi həbsxana əsasən qadınlar üçündür, kişilər üçün isə çox kiçik bir hissəsi var. Hazırda bu hissədə cəzaçəkən yoxdur. Bu da o deməkdir ki, kral Felipenin bacısının korrupsiyada günahlandırılan həyat yoldaşı cəzasını binada tək olaraq çəkəcək. Demək olar ki, daim boş olan həbsxananın həmin hissəsinin xırda təmirə ehtiyacı var.

Həbsxanaya girən İnyaki Urdaqarin adi cəzalılar kimi eyni proseduralardan keçəcək.