XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 June 2018 - 19:35

Qvatemalada itkin düşənlərin axtarışı dayandırılıb –Vulkan püskürməkdə davam edir

 

Qvatemala bu ay vulkanın püskürməsi nəticəsində itkin düşən təxminən 200 insanın axtarışını dayandırıb.

Rəsmilər Fueqo vulkanının püskürməsi nəticəsində 100 nəfərin öldüyünü təsdiqləyib. Ölkənin fövqəladə hallar agentliyi CONRED bazar günü bildirib ki, San Miqel Los Lotes və El Rodeoda axtarışları dayandırıb, çünki həmin ərazilərdə “insanlar yaşamır və orada risk yüksəkdir.”

Vulkan hər saatda 4-5 dəfə püskürməyə davam edir və havaya 1000 metr yüksəkliyə qədər kül buraxır. Fövqəladə hallar rəsmiləri bildirib ki, bazar günü vulkanın püskürməsi təxminən 1 milyon insana təsir göstərib və vulkanın yaxınlığındakı ərazilərdən 3265 insan evakusiya edilib.

Fueqo paytaxt Qvatemala şəhərinin 44 kilometr cənub-qərbində, turistlər arasında populyar olan Antiqua şəhərinin yaxınlığında yerləşir.

Bu arada, Qvatemalanın hüquq-mühafizə orqanları fövqəladə hallar protokollarına düzgün riayət edilib-edilmədiyinə dair təhqiqata başlayıb. Müxalifət partiyaları CONRED-i təxliyyə qərarlarını gec verməkdə ittiham edir.