XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

21 İyun 2018 - 09:48

Bankomatdan pul çıxardan gənclər bıçaqlanıb, biri ölüb –Maştağada dəhşətli qətl (VIDEO)

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Report” xəbər verir ki, hadisə 1996-cı il təvəllüdlü Vüqar adlı şəxs “Araz” marketin qarşısındakı bankomatdan pul çıxardan zaman baş verib.

Vüqarın anasının sözlərinə görə, oğlu, 1997-ci il təvəllüdlü dostu Səlimov Kənan Nəsimi oğlu ilə birgə bankomatdan pul çıxardıb evə getmək istəyən zaman, onları naməlum şəxslər arxadan bıçaqlayıblar. Pul Vüqarda olduğundan ona daha çox bıçaq zərbəsi vurulub və o, yerindəcə keçinib.

Hadisəni törədən şəxslər pulu götürərək qaçıblar. Əraziyə Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.