XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 İyun 2018 - 20:39

Zərdabda yol qəzası baş verib –1 nəfər ölüb, 5 nəfər yaralanıb

Zərdab rayonunda ağır yol qəzası baş verib.

Hadisə rayonun Körpükənd və Burunlu kəndləri arasında qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “Daewoo Nexia” markalı minik avtomobilləri toqquşub. Nəticədə “Daewoo Nexia”nın sürücüsü, Mingəçevir şəhər sakini Rakif Yunusov hadisə yerində ölüb, hər iki maşında olan 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri uşaqdır. Onlar xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır/Report.