XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 June 2018 - 10:44

Bakı-Astara yolunda ağır qəza –“Şaqman” mikroavtobusla toqquşub, ölən və xəsarət alanlar var

Bakı-Astara yolunda yük maşını mikroavtobusla toqquşub.

APA-nın məlumatına görə, hadisə Bakı-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini Səid Məmmədovun idarə etdiyi “Shacman” markalı yük maşını Masallı rayon sakini İmran Dadaşovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü hadisə yerində ölüb. Onun idarə etdiyi avtomobildə olan daha 3 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.