XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

22 İyun 2018 - 15:09

Səfər Əbiyevin müavini həbsdə qaldı –Məhkəmə şikayəti rədd edib

 

Ali Məhkəmədə müdafiə nazirinin sabiq müavini Mehman Səlimov barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il azadlıqdan məhrum edilib. O, bəraət xahişi ilə hökmdən apellyasiya şikayəti versə də, müraciəti təmin olunmayıb. Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilib. M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib.