XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 June 2018 - 13:38

Şirvanda qətl- 40 yaşlı kişi mehmanxananın qarşısında öldürüldü

Şirvan şəhərində qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki “Təbəssüm” mehmanxanasının qarşısında baş verib. Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü İbadov Əziz Loğman oğlu həmin ərazidə şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasov Abas Qulamhüseyn oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə zamanı Ə.İbadov bıçaqla A.Abasovu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən Ə.İbadov tutulub.