XƏBƏR LENTİ

04 Mart 2021
03 Mart 2021

Digər Xəbərlər

26 İyun 2018 - 20:05

Sumqayıtda iki maşın toqquşdu –Xəsarət alanlar var + Adlar

Sumqayıtda iki minik avtomobili toqquşub.

Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində baş verib.

Qəza nəticəsində 1955-ci il təvəllüdlü Məmmədov Əlikərəm Həbib oğlu, onunla eyni avtomobildə olan oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Azər Əlikərəm oğlu və qardaşı oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Əlislam oğlu ağır xəsarətlər alıblar.

Hər 3 yaralı xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.