XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 İyun 2018 - 21:55

Türkiyədə daha 151 nəfər barədə həbs qərarı verildi –Hərbçilər FETÖ ilə əlaqədə olmaqda ittiham olunur

Türkiyə prokurorluğu daha 151 nəfər barəsində həbs orderi verib. “Sabah” qəzetinin məlumatına görə, həmin şəxslər FETÖ terrorçu təşkilatı ilə əlaqələrdə şübhəli bilinir.

Ankara prokurorluğu artıq FETÖ əlaqələrinə görə 43 nəfərin saxlanılmasını sanksiyalaşdırıb. Onlardan 30-u təxris olmuş və hazırda xidmət edən hərbçilərdir. 13 nəfər isə Türkiyə hərbi dəniz qüvvələri komandanlığında qruplaşmanın tapşırıqlarını yerinə yetirən gizli imamlardır”.

Ankaradan başqa, Türkiyənin 23 əyalətində də FETÖ-ya qarşı əməliyyatlar aparılıb. Hərbçilər və təhlükəsizlik xidməti əməkdaşları daxil olmaqla, 102 nəfər saxlanılıb.