XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 June 2018 - 11:19

Fəhlə gecəyarı tikintidən yıxılıb öldü- Bakıda

 

Bakıda tikinti zamanı ölüm hadisəsi baş verib. Fakt Səbail rayonunda qeydə alınıb.

Belə ki, gecə saatlarında “20-ci Sahə” adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə ölüb.

Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb. (Report)