Fransada rusiyalı senator Süleyman Kərimova qarşı irəli sürülən bütün ittihamlar ləğv olunub.
Bu barədə senatorun vəkili məlumat yayıb.
Əlavə şərh vermək istəməyən vəkilin sözlərinə görə, Kərimovun pasportu yaxın vaxtlarda geri verilməlidir, girov qoyulan pul da qaytarılacaq.
Rusiyalı senator Süleyman Kərimov ötən ilin noyabrından Fransada istintaq altında saxlanılır. Ona qarşı pulların yuyulması və vergidən yayınma üzrə ittiham irəli sürülüb. Senator 5 milyon avro girov müqabilində sərbəst buraxılsa da, azadlığı məhdudlaşdırılıb, o cümlədən Sahilyanı Alplar departamentinin ərazisini tərk etməsi qadağan olunub. Dekabrın əvvəlində girovun məbləği 40 milyon avroyadək artırılıb.
Xatırladaq ki, Süleyman Kərimov RF Federasiya Şurasının Dağıstandan olan üzvüdür. Bizneslə məşğul olur, “Nafta Moskva” holdinqinə nəzarət edir. O, “Forbes” jurnalının versiyası üzrə ən varlı sahibkarların reytinqində 21-ci yeri tutur/Axar.az.