XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 İyun 2018 - 10:43

ABŞ-da qəzet redaksiyasındakı atışmada 5 nəfər ölüb –Bir nəfər şəxs şübhəli qismində saxlanılıb

ABŞ-ın Merilənd ştatının mərkəzi Annapolis şəhərində yerləşən “Capital Gazette” nəşrinin redaksiyasında baş vermiş atışma nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

RİA Novosti agentliyi  xəbər verir ki, bu barədə Annapolis şəhərinin polisinin nümayəndəsi bildirib.

Bildirilir ki, insident nəticəsində bir nəfər şəxs şübhəli qismində saxlanılıb. Polis redaksiya binasını təxliyə edib, orada axtarışlar aparıb.

Yerli hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisənin təfərrüatları hələlik məlum deyil və cinayət işi açılıb.