XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

29 İyun 2018 - 11:14

Prokuror uşaq hüquqları müdafiçəsi Kəmalə Ağazadənin həbs olunmasını istəyib –Məhkəmə

 

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında Kəmalə Ağazadəyə 4 illik cəza istəyib. Prokuror onun barəsində polis nəzarətində olma qətimkan tədbirinin dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəzlənməsini tələb edib

Proses iyulun 6-da davam edəcək.

Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.  Xatırladaq ki, ittihama münasibət bildirən Kəmalə Ağazadə özünü təqsirli bilməyib. (APA)