XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

29 İyun 2018 - 11:33

Sərhəddə narkotiklə dolu avtomobil saxlanıldı –Bir nəfər qaçdı, iki nəfər yaxalandı

Dövlət Sərhəd Xidmət (DSX) əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılması təmin olunub.

Strateq.az-ın DSX-ya istinadən verdiyi məlumata görə, iyunun 28-də saat 03:15 radələrində sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Yar­dımlı-Masallı şosse yolunda DSX əməkdaşları tərə­findən şübhəli avtomobil müşahidə olunub. Avtomobil təqib olunaraq sürücü və sərnişinlərdən biri saxlanılıb, avtomobildə olan 1 nəfər digər şəxs qaçmağa müvəffəq olub.

Avtomobilə baxış zamanı 1 ədəd çantada 2 kq tiryək, 5 kq həşiş qətranı aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyəti də­qiq­ləş­dirilib, onların Lənkəran rayon Liman qəsəbə sakini 1989-cu il tə­vəllüdlü Əkbərov Heydər Malik oğlu və Cəlilabad rayon Göytəpə qəsəbə sakini 1988-ci il təvəllüdlü Həsənov Babək Özbək oğlu olma­ları müəyyən edilib. Hadisə yerindən qaçmış 3-cü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.