XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 İyun 2018 - 12:34

Zaqataladan Mingəçevirə gedən mikroavtobus ağaca çırpılıb –2 nəfər həlak olub, yaralılar var

Zaqataladan Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.

Hadisə saat 10 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb. İdarəetmədən çıxan  “Mercedes” markalı mikroavtobus yolun kənarında ağaca çırpılıb. Nəticədə mikrovatobusun sürücüsü, Zaqatala rayonunun Qanqax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev hadisə yerində ölüb.

Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb.

Son məlumata görə, Zaqataladan Mingəçevirə gedən mikroavtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı ikiyə çatıb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri, 54 yaşlı Rəhilə Mikayılova orada ölüb.

Məlumata görə, xəsarət alanlar arasında iki azyaşlı və onların anası da var. Mingəçevir sakinləri – 2017-ci il təvəllüdlü Həmzəyeva Əsmanur, onun bacısı, 2014-cü il təvəllüdlü Həmzəyeva Əlifnur reanimasiya, uşaqların anası 1985-ci il təvəllüdlü Mələk Həmzəyeva cərrahiyyə şöbəsində yerləşdirilib.

Xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. (APA)