XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

29 İyun 2018 - 20:05

Göyçayda böyük ərazidə taxıl sahəsi yanır –Yanğınsöndürənlər sudan istifadə edə bilmir

Göyçay rayonunda yanğın baş verib.

Bu gün saat 17:00 radələrində Böyük Qafqaz sıra dağlarının cənub hissəsində, Göyçayın Qarabaqqal kəndinin vətəndaşlarına məxsus pay torpaqlarında biçilməmiş taxıl sahəsində başlayan yanğın qısa vaxtda genişlənib.

Əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 4 ədəd və İsmayıllı yanğından mühafizə hissəsinin bir yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın dağlıq ərazidə baş verdiyindən yanğınsöndürənlər alovun qarşısını almaq üçün avtomobillərin suyundan istifadə edə bilmir, bu səbəbdən əsasən əl əməyindən istifadə olunur.

İndiyədək 15 hektardan çox sahədə biçilməmiş taxıl sahəsi, quru ot, xırda ağaclar və kol-kos yanıb.

Yanğın hazırda davam edir.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (APA)