XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

30 İyun 2018 - 15:37

Lerikdə meşədən meyit tapılıb- Cinayət işi başlanıb

Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyiti Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında, “UAZ-469B” markalı avtomobilin yaxınlığında tapılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, M.Ağayevin qeyd edilən nəqliyyat vasitəsini idarə edərkən onu aşırması nəticəsində ölməsi ehtimal olunduğundan faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.