Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, Şəmkirdən Bakı istiqamətində hərəkətdə olan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirib.
Qəza zamanı daha 7 nəfər ağır vəziyyətdə Yevlax Şəhər Xəstəxanasına yerləşdirilib.
Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.