Yevlaxda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində ölən və yaralananların bəzilərinin adları məlum olub.
“Report”un Qərb bürosu xəbər verir ki, qəza nəticəsində ölənlərdən biri 2006-cı il təvəllüdlü Şəmkir rayon sakini Abdullayev Emin Asif oğludur.
Qəzada ölən daha 2 nəfərin şəxsiyyəti dəqiqləşdirilir.
Yaralılardan adları məlum olanlar isə bunlardır:
Əhmədova Səfa Nizami qızı
Əliyev Cavidan Əliyar oğlu
Əliyev Əliyar İlyas oğlu
İmanova Tamilə Nəsir qızı
Həsənova Validə Namiq qızı