XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2018 - 12:20

Bakıda sürücü sərxoş piyadanı vuraraq öldürüb- VİDEO

Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, “DSK” yolu ilə hərəkətdə olan və sürücü Abbasov Əli Əhəd oğlunun idarə etdiyi “10-GT-787” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil qarşısına çıxan təxminən 40-45 yaşlı kişini vurub.

Sürücü dərhal yaralını xəstəxanaya çatdırıb. Lakin həkimlər onun yolda öldüyünü bildiriblər.

Sürücünün “Report”a verdiyi məlumata görə, piyada sərxoş olub və qaranlıq yolda onun qarşısına qəfil çıxıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sürücü saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.