XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 06:04

Bakıda oteldə müəmmalı qətl: bankın şöbə müdiri öldürüldü – YENİLƏNDİ

Gecə paytaxtın Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib. Hadisə Tibilisi prospektində yerləşən otellərdən birində baş verib. Hadisə otelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevlə banklardan birinin şöbə müdiri Azər adlı şəxs məşq edən zaman qeydə alınıb.

Hadisə zamanı hələlik şəxsiyyəti naməlum iki nəfərlə onların arasında mübahisə yaranıb. Mübahisə zamanı naməlum şəxslərdən biri bıçaqla Azərə ürək nahiyəsindən, Ruslan Əfəndiyevə isə bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər yetirib. Azər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Ruslan Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisədən sonra əraziyə Nəsimi rayon polis idarəs və prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə şahidlərinin ifadələri alınıb. Hadisə yerindən qaçan naməlum şəxslərin tutulması və qətlə yetirilən Azər adlı şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində Nəsimi rayon polis idarəsi və 20-ci polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaqın gedişi zamanı qətl hadisəsinin təfərrüatlıran aydınlıq gətiriləcək(Ans).

****

Strateq.az milli.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, “Zaminbank”ın Nəsimi rayon filialının müdiri olan Azər Məmmədzadə otelin idman zalında məşq edən zaman bir nəfərlə otelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin mübahisəsi yaranıb. Həmin şəxslə məşqçi arasında dava düşüb. Bu zaman Azər onları aralaşdırmaq istəyərkən hələlik adı açıqlanmayan şəxs bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.
Azər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. R.Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb.