Qax rayonunda istirahət mərkəzində yanğın başlayıb.
“Report”un məlumatına görə, hadisə rayonun İlisu kəndi ərazisində yerləşən “Eden” ailəvi istirahət mərkəzində baş verib. Qax Yanğından Mühafizə Xidmətindən (YMX) “Report”a bildirilib ki, istirahət mərkəzində yanğının başlayıb və yanğınsöndürən maşınlar hadisə yerinə cəlb olunub: “Hazırda Qax YMX-nın canlı qüvvəsi və yanğınsöndürən maşınları yanğının qarşısını almağa çalışır”.