XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

04 İyul 2018 - 17:14

Məhkəmə vəkil Aslan İsmayılovu cərimələdi –Ona Bakını tərk etmək qadağan olundu

 

Səbail Rayon Məhkəməsində  Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi davam edib.

APA-nın xəbərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə  qərar elan olunub.

Qərara əsasən, Aslan İsmayılov Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə 1500 manat cərimə olunub, 147.2- ci maddəsi üzrə ona bəraət verilib.

Həmçinin məhkəmə A. İsmayılov  barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçib.

Qeyd edək ki, MMP-nin sədri H.Hacıyev hüquqşünas A.İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. H. Hacıyev ki, A.İsmayılovun onun şərəf və ləyaqətini alçaltdığını iddia edərək, buna görə onun Cinayət Məcəlləsinin 147-ci (Təhqir) və 148-ci (Böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

A.İsmayılov da qarşılıqlı olaraq H. Hacıyevi məhkəməyə verib.