XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2018 - 14:43

Mingəçevirdə məcburi köçkün intihara cəhd edib –Vəziyyəti ağırdır

Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkün sirkə turşusu içərək intihara cəhd edib.

Hadisə şəhərdə yerləşən yeni köçkün şəhərciyindəki 2 saylı binada baş verib.

Məlumata görə, həmin ünvanda yaşayan 32 yaşlı İlqar adlı şəxs hələlik məlum olmayan səbəbdən 100 qram sirkə turşusu içərək intihara cəhd edib. O, ağır durumda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.