XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2018 - 18:52

Yardımlıda baş vermiş yanğın nəzarətə götürülüb –Nazirlik

 

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində baş verən yanğın tam lokallaşdırılıb.

APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tüstülənmə müşahidə olunan ərazilər nəzarətə götürülüb.

Qeyd edək ki, 5 iyul 2018-ci il tarixində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə baş verən yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və texnikası cəlb olunub, həmçinin yerli icra hakimiyyəti nümayəndələri və rayon sakininləri yaxından köməklik göstərib.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.