Bakı şəhərinin Sabunçu rayonunda dənizdə iki naməlu kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 km aralı, nəzarətsiz ərazidə çimərkən batdığı bildirilən 3 nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində təxminən 20-25 yaşlarında iki naməlum kişi meyiti aşkarlanıb.
Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Şəxsiyyətləri dəqiqləşdirilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir.